70 ölkədən 2500-dən çox təhsil nümayəndəsinın qatıldığı zirvə toplantısında ݮƵ-i Beynəlxalq Əməkdaşlıq Departamentinin əə岹şıTuran Süleymanov təmsil edib.
Dünyanın 250 aparıcı ali təhsil müəssisəsinin stendinin yer aldığı EURIE-2018də regionun 4 dildə təhsil verən ən böyük iqtisadyönümlü universiteti olan ݮƵ-in guşəsi sərgi iştirakçılarının xüsusi marağına səbəb olub. Malayziya ali təhsil naziri Idris Jusoh, Avrasiya Universitetlər Birliyinin prezidenti, professor Mustafa Aydın və İstanbul Aydın Universitetinin rektoru, professor Yadigar İzmirli də ݮƵ-in stendini ziyarət edənlər sırasında olub.
Dünya təhsil bazarında, o cümlədən nüfuzlu beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin əhəmiyyətli dərəcədə yüksəldiyini nəzərə alaraq ölkəmizdə iqtisadyönümlü təhsil almaq istəyən ziyarətçilər ݮƵ Biznes Məktəbi, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, Türk Dünyası İşlətmə Fakültəsi, Beynəlxalq İqtisadiyyat Məktəbinə qəbulla bağlı suallar ünvanlayıblar. Onlar ݮƵ-ə əcnəbi tələbələrin cəlb olunması istiqamətində həyata keçirilən yeniliklərlə maraqlanıblar.
ݮƵ stendi digər iştirakçı universitetlərin də diqqətini cəlb edib. Azərbaycan təhsil məkanına inteqrasiya etməyi hədəfləyən dünyanın bir neçə aparıcı universiteti bu istiqamətdə ݮƵ ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. 3 gün davam edən Avrasiya Ali Təhsil Zirvəsində beynəlmiləlləşmə, təhsil siyasəti, tələbə mübadiləsi proqramları, regional təlim strategiyaları, meyllər və imkanlar müzakirə olunub, ikitərəfli danışıqlar aparılıb.
EURIE-2018 zirvə toplantısı Avrasiya Universitetlər Birliyinin təşkilatçılığı və Türkiyə Xarici İqtisadi Əlaqələr Qurumunun dəstəyi keçirilib.