ݮƵ

600-dən yuxarı bal toplayan abituriyentlər ݮƵ-də

18 İYUL 2017 | VIEWS:

Akademik Zərifə Əliyeva adına lisey, Gənc istedadlar liseyi, Hədəf kurslarını bitirərək, qəbul imtahanlarında II ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayan abituriyentlər ݮƵ-də olublar.

Rektorun köməkçisi Ramil Cabbarovabituriyentlərə Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universitetində təhsil imkanları ilə bağlı ətraflı məlumat verib, ݮƵ brendinin fəlsəfəsini açıqlayıb. ݮƵ-də tədris edilən ixtisaslar, SABAH qrupları, təqaüd ə ikili diplom proqramlarından söz açıb, Elektron Universitet Modeli, keçid balları, beynəlxalq mübadilə proqramlarından danışıb, abituriyentləri maraqlandıran sualları cavablandırıb.

Sonra abituriyentlər üçün ݮƵ ərazisində infotur təşkil edilib. Onlar yay məktəbində iştirak edən tələbələrin imtahan prosesini izləyiblər. Maliyyə Laboratoriyası, Virtual Müəssisə, oxu zalı, kitabxana ilə tanış olublar. İnfotur çərçiəsində abituriyentlər ilk dəfə olaraq, auditoriyada əyləşmək həyəcanını da yaşayıblar. Abituriyentlərə Yaradıcılıq Mərkəziə Radio ݮƵbarədə də məlumat verilib. Universitetlə tanışlıqdan məmnun qaldıqlarını bildirən abituriyentlər buraya ݮƵ tələbəsi kimi gəlmək arzusunda olduqlarını bildiriblər.