Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Rus İqtisadiyyat Məktəbində Azərbaycan iqtisadiyyatının gələcəyi: Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin başlıca istiqamətləri kontekstində mövzusunda dəyirmi masa keçirilib.
Rus İqtisadiyyat Məktəbinin direktoru Mansur Bərxudarov Strateji Yol Xəritəsindən irəli gələn iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə inkişaf perspektivləri, yaxın 5-10 il ərzində atılacaq addımların mümkün effektləri ətrafında tələbələrlə diskussiya keçirib.
Tədbirin sonunda Rus İqtisadiyyat Məktəbinin ilk tələbə-elmi konfransının təşkili və keçirilməsində fəal iştirak edən tələbələrə təşəkkürnamə təqdim edilib.