Abdullayeva Sevinc Müseyib qızı1983-cü il aprel ayının 12-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1989-1999-cu illər ərzində 61 saylı orta məktəbdə təhsil almış və qızıl medala layiq görülmüşdür.
1999-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya fakültəsinə daxil olmuş, 2003-cü ildə Standartlaşdırma və sertifikasiya ixtisası üzrə bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2006-cı ildə İqtisad Universitetinin İqtisadiyyat və idarəetmə istiqamətinin Marketinq ixtisası üzrə MBA magistr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2010-cu ildən İqtisad Universitetinin (ݮƵ) Standartlaşdırma və sertifikasiya kafedrasında müəllim işləyib. 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin SABAH qruplarında tədris aparmaq üçün təşkil olunmuş müsabiqədən keçmiş və tədris aparmaqdadır. Hzırda ݮƵ-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının müəllimidir.
2012-ci ilin dekabrında Keyfiyyət Assosasiyası tərəfindən təşkil olunmuş İSO 9001-2008. Keyfiyyəti idarəetmə sistemi. Daxili audit təlimi üzrə kursu uğurla bitirərək TÜV Avstriya Türk şirkətinin İstanbul qeydiyyatlı sertifikatına layiq görülmüşdür.
2013-cü ilin dekabr ayında ݮƵ-də fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul olmuş, minimum imtahanlarını uğurla vermiş və tədqiqat işi üzərində çalışmaqdadır.
2014-cü ilin Sənaye ili elan edilməsi ilə əlaqədar keçirilmiş məqalə müsabiqəsində iştirak etmiş və ikinci yeri qazanmışdır.
2015-ci ildə Texnologiya Transfer Mərkəzi tərəfindən təşkil olunmuş İxtiraçılığın əsasları və patentləşdirmə mövzusunda keçirilən kursda iştirak etmişdir.
2016-cı ildə Gənclərin Elmi Araşdırmalarına Dəstək ictimai birliyinin təşkil etdiyi təlimlərə qatılaraq tələbələrdə öyrənmə marağının formalaşdırılması və inkişafı istiqamətində biliklərə yiyələnmişdir.
*
Həmin ilin sentyabr ayında AR Təhsil Nazirliyinin Sabah Qrupları müəllimləri üçün təşkil olunmuş Müsir müəllimin fərdi işçi planının (syllabus) tərtibi təlimində uğurla iştirak etmişdir.
2017-ci ildən Tələbə Elmi Cəmiyyətinin SS (Standartlaşdırma və Sertifikasiya) club Tələbə Elmi Klubunun rəhbəridir.
2017-ci ildə yaranmış Gənc Müəllimlər Şurasının üzvüdür.
2018-ci ildə Keyfiyyət Assosiasiyası tərəfindən keçirilmiş Global G.A.P. və Orqanik Kənd təsərrüfatı üzrə seminarda iştirak etmişdir.
2019-cu ildə məqalələrindən biri SCOPUS platformasına daxil olan jurnalda dərc edilmişdir. Digər bir əsərinin dərc edildiyi toplu isə Web of Science (Clarivate Analytics) bazasında indeksləşdirilmişdir.
2022-ci ilin sentyabr ayından “Mühəndislik” fakültəsində dekan müavini vəzifəsində çalışır.
Özünüinkişaf istiqamətində çox sayda təlim, seminar, treninq və kurslara qatılaraq 40-dan çox sertifikat, diplom, fəxri fərman və təşəkkürnaməyə layiq görülmüşdür.
50-dən çox çap olunmuş elmi və metodiki əsərin, o cümlədən 1 metodik göstəriş, 4 tədris proqramı, 14-ü xaricdə, 7-si yerli jurnallarda olmaqla 21 məqalənin, həmçinin 21-i beynəlxalq, 8-i respublika konfransına təqdim edilməklə 29 tezisin müəllifidir.
Ailəlidir, iki oğlu var.
(09.03.2022)