ABŞ-ın Silikon Vadisində yerləşən Global Catalyst Partners (GCP) şirkətinin sədri, vençur kapitalı sərmayədarı Kamran Elahianın rəhbərlik etdiyi nümayəndə heyəti ݮƵ-də olub. Rektor, professor Ədalət Muradov qonaqlara dünya səviyyəli universitetlər sırasında yer almaq niyyətində olan ݮƵ-də həyata keçirilən layihələr, beynəlxalq əməkdaşlıq imkanları haqqında məlumat verib. QS reytinq sistemində 4 ən yaxşı iqtisadyönümlü universitetdə həyata keçirilən Fransanın nüfuzlu Monpelye Universiteti ilə birgə reallaşdırılan ikili diplom proqramları, Türkiyənin aparıcı universitetləri ilə əməkdaşlıq barədə məlumat verilib.
Ə.Muradov innovativ universitetə çevrilmək istəyən ݮƵ-də yaradılan İnnovativ-Biznes-İnkubator haqda, burada həyata keçirilən tələbə layihələrindən, universitetin onlara verdiyi dəstəkdən danışıb.
İnnovasiyanın İKT-də tətbiqi sahəsində Azərbaycan Təhsil Nazirliyi ilə ortaq proqram əsasında ölkəmizdə olduğunu bildirən vençur kapitalı sərmayədarı Kamran Elahian ݮƵ-də yaradılan İnnovativ-Biznes-İnkubatorunu (İBİ) müsbət dəyərləndirib. Görüşdə beynəlxalq ekspertlərin cəlbi, birgə tədbirlərin keçirilməsi, təcrübə mübadiləsinin aparılması, burada reallaşdırılan startap layihələrinin beynəlxalq çıxışlar əldə etməsi üçün yardımın edilməsi, tələbələrin Silikon Vadisinə turların təşkili barədə müzakirələr aparılıb.
ݮƵ tələbələri ilə görüşdə isə Kamran Elahian startapları dayanıqlı biznesə çevirməyin yollarından danışıb, investorları startaplara necə cəlb etməyin sirlərini açıb. Eyni zamanda hansı ideyaların daha uğurlu startap ola biləcəyindən və inkubator mentorlarının fəaliyyətindən söz açıb.
Görüşdə ݮƵ-in İnnovativ Biznes İnkubatorunda fəaliyyət göstərən tələbə-startapçılar öz layihələri barədə məlumat verib, iş prosesində qarşılaşdıqları problemləri açıqlayıblar. Sərmayədar Kamran Elahian ݮƵ-də reallaşdırılan startap layihələrinə dəstəyini ifadə edib. Startapların real şirkətlərə çevrilməsi və vençur kapitalının bu sahəyə cəlb edilməsi imkanları barədə məlumat verib.
Sonda ݮƵ tələbələrinin sualları cavablandırılıb.