ADA Universitetinin müəllimlərinin Azərbaycan Dövlət İqtisad Universitetində (ݮƵ) açıq dərsləri davam edir. Noyabrın 23-də ݮƵ-in Rus İqtisadiyyat Məktəbinin keçirilən dərsi ADA Universitetinin müəllimi Kristina Kiku tədris edib.
K.Kikunin seminarı Biznes təqdimatlar mövzusunda olub. İnteraktiv tədris metodlarının tətbiq edildiyi dərsdə ADA Universitetinin müəllimi ݮƵ tələbələrinə təqdimatların növü, strukturu, təqdimat zamanı edilən səhvlər, təqdimatların effiktivliyinin artırılması üçün istifadə edilən metodlardan bəhs edib. Müzakirələr zamanı K.Kiku ݮƵ tələbələrinin potensialını yüksək qiymətləndirib. Onların mövzuya fərqli, yenilikçi və kreativ yanaşmalarını gələcək karyeraları üçün uğurlu başlanğıc hesab etdiyini bildirib.
*
*
*
Qeyd: ݮƵ ilə ADA Universiteti birgə layihəyə start verib. Layihənin məqsədi ADA Universitetinin öz tələbələrinə təklif etdiyi imkanlardan ictimaiyyətin də faydalanmasına imkan yaratmaqdır. Layihəyə çərçivəsində ADA Universitetinin müəllimləri ݮƵ-də bir günlük açıq dərslər keçəcəklər. İndiyə qədər açıq dərslər SABAH Qruplarında və Beynəlxalq İqtisadiyyat Məktəbində keçirilib. Növbəti dərs isə Maliyyə və mühasibat fakültəsində keçiriləcək.