ݮƵ

Aqil Mirzəliyev

Aqil Mirzəliyev 1999-cu il avqustun 27-də İsmayıllı rayonunda anadan olub. 2005-2016-cı illərdə İsmayıllı rayonunda İ.Həsənov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. Məktəb illərində intellektual səviyyəsi ilə daim seçilən Aqil dəfələrlə respublika fənn olimpiadalarının, bilik yarışlarının qalibi olub. 2016-cı ildə orta məktəbi əla qiymətlərlə başa vurduqdan sonra, qəbul imtahanında 613 bal toplayaraq, ݮƵ-in Mühasibat uçotu və audit ixtisasına qəbul olunub. 2020-ci ildə məzun olaraq, hərbi xidmətə yollanıb.

Xüsusi Təyinatlı Qüvvələrin tərkibində hərbi xidmət edən Aqil Mirzəliyev sentyabr ayının 27-də başlayan II Vətən müharibəsinin fəal iştirakçısı olub. O, Murovdağ, Cəbrayıl, Füzuli və Hadrut istiqamətlərində gedən döyüşlərdə şücaətlə döyüşüb. 20 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən ağır döyüşlərdə isə qəhrəmancasına şəhid olub. Oktyabr ayının 23-də İsmayıllının Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra 3 cü dərəcəli Rəşadətordeni, Vətən uğrunda, Cəsur döyüşçü, Kəlbəcərin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə, Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.

Şəhid Aqil Mirzəliyevin təltifləri