b/m. Mehtiyeva Aynur Nizami qızı1974-cü il dekabr ayının 5-də anadan olmuşdur. 1991-ci ildə məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Dillər İnstitutunun İngilis-fransız fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1996-cı ildə eyni adlı institutun İngilis və fransız dilləri ixtisası üzrə bitirmişdir.
2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin qiyabi şöbəsinə qəbul olmuşdur və 2004-cü ildə adı gedən ali məktəbi bitirərək bakalavr dərəcəsi almışdır.
Əmək fəaliyyəti 2001-ci ilin oktyabr ayının 10-dan Azərbaycan Dövlət İqtisad Universitenin Xarici dillər 2 kafedrasında baş laborant vəzifəsindən başlamışdır.
2002-ci il sentyabr ayının 2-dən ADİU-də Xarici dillər 2 kafedrasında tam ştat müəllim vəzifəsində çalışmağa başlamışdır.
*
2005-ci il iyun ayının 21-dən ADİU-də Xarici dillər 1 kafedrasnda tam ştat müəllim kimi fəaliyyətimi davam etmişdir.
2012-ci il sentyabr ayının 14-dən AZDU-nin Xarici dillər 1 kafedrasının baş müəllim vəzifəsinə keçmişdir.
2016-cı ilin sentyabr ayında Xarici dillər 1 və Xarici dillər 2 kafedraları birləşdikdən sonra, 2016-cı il sentyabrın 9-dan Xarici dillər kafedasının baş müəllimi vəzifəsində işləməyə davam etmişdir.
2023-cü ilin sentyabrın 6-dan Xarici dillər departamentinin tərkibində yaradılmış Xarici dillərin tədrisi mərkəzində cari ilə kimi baş müəllim vəzifəsində fəaliyyətini davam etdiririr.
Ailəlidir, iki övladı var.
*