ݮƵ

sultanova_iradaSultanova İradə Baba qızı

[email protected]     

1957-cü il iyulun  2-də Bakı şəhərində аnаdаn оlmuşdur.

1974-cü  ildə Azərbaycan Dövlət Universitetinin  (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsinin fars-filologiya şöbəsinə daxil olmuşdur.

1979-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərək filoloq, tərcüməçi, fars və Azərbaycan dilləri və ədəbiyyatı müəllimi ixtisaslarına yiyələnmişdir.

1980-ci ildə Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin Xarici verilişlər şöbəsinin İran Baş Redaksiyasında tərcüməçi kimi əmək fəaliyyətinə başlamışdır.

 

 

*

1998-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunun Dillər kafedrasıda Azərbaycan dili müəllimi kimi işə başlamışdır.

2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Texniki və texnoloji ixtisaslar üzrə Dillər kafedrasıda Azərbaycan dili fənni üzrə baş müəllim vəzifəni tutmuşdur.

2005-ci ildən 2021-ci ilə kimi İqtisad Universitetinin Azərbaycan dili kafedrasında baş müəllim vəzifəsində çalışıb.

1 dərs vəsaitinin  və 1 məqalənin müəllifidir.

Hazırda ݮƵ-in Tərcümə mərkəzində çalışır.

Аiləlidir,  iki övlаdı vаr.