Azərbaycan Dövlət İqtisad Universitetində (ݮƵ) Gənc Bankir Məktəbi-2 layihəsinə start verilir. İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım İctimai Birliyinintəşkilatçılığı, Bank of Baku ASC-nin tərəfdaşlığı və Reduco ə Mərkəzinin sponsorluğu ilə baş tutacaq layihə iki mərhələdən ibarət olacaq.
Birinci mərhələdə Bank of Baku ASC-nin mütəxəssisləri komanda üzvlərinə bank sektoru mövzularında silsilətəlimlər keçəcəklər. Dörd həftə davam edən təlimlərdən sonra Gənc Bankir Məktəbinin ikinci mərhələsi başlanacaq. İkinci mərhələdə isə komandalar püşkatama yolu ilə seçdikləri bir ölkənin bank sistemi haqqında araşdırma apararaq, elmi-tədqiqat işi hazırlayacaq.
Gənc Bankir Məktəbi-2nin yarımfinal mərhələsində komandalar hazırladıqları tədqiqat işlərini münsiflər heyətinə təqdim edəcəklər. Qalib komandanın üzvləri Bank of Baku ASC-dətəcrübə proqramına cəlb olunacaq, bütün iştirakçılar isə diplom və hədiyyələrlə təltif olunacaqlar.
Gənc Bankir Məktəbi-2 layihəsində iştirak etmək üçün komanda şəklində qeydiyyatdan keçə bilərsiniz:
Son müraciət tarixi 3 noyabr 2016-cı il.