ݮƵ

Biz ݮƵ tələbəsi olmaq istəyirik

10 YANVAR 2017 | VIEWS:

-Maliyyə və maliyyə institutlarıkafedrasının təşəbbüsü ilə Ulduz Hazırlıq Mərkəzinin dinləyiciləri ݮƵ-də olublar.ݮƵ ərazisində təşkil edilən infoturdaşagirdlərə “Marketinq”kafedrasının müəllimi, rektorun köməkçisi Ramil Cabbarovbələdçilik edib. Onlara ݮƵ-də təhsil imkanları, ixtisaslar, ikili diplom proqramları barədə ətraflı məlumat verib.

Şagirdlər ݮƵ-də təşkil edilən qış imtahan sessiyasının gedişi ilə də tanış olublar. Yazılı və test üsulu ilə keçirilən imtahan prosesini müşahidə edən abituriyentlər tələbə biliyinin obyektiv qiymətləndirilməsini müsbət dəyərləndirərək, gələcəkdə ݮƵ tələbəsi olmaq istədiklərini bildiriblər. Onlar əsasən maliyyə ixtisasında təhsil almaqda maraqlı olduqlarını vurğulayıblar.

“Erasmus+” mübadilə proqramı çərçivəsində Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM-da (İnterational School of Business and Management) bir semestrlik təhsilini başa vurub ݮƵ-ə qayıdan Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Faiq Xasayev şagirdlərə ݮƵ tələbəsi olmağın üstünlüklərindən danışıb: Qrup yoldaşlarımla birlikdə üç mərhələli müsabiqəni uğurla keçərək, Fransanın Leon şəhərində bir semestr təhsil aldıq. Bu müddət ərzində həm də özüm üçün Fransanı kəşf etdim, tarixi və mədəniyyəti ilə tanış oldum. Bu imkanı mənə ݮƵ yaratdı. Buna görə doğma universitetimə minnətdaram.