ݮƵ

Braziliya universitetləri ݮƵ-lə əməkdaşlıqda maraqlıdır

23 NOYABR 2017 | VIEWS:

conference dunauyvarosݮƵ müəllimləri Erasmus+ mübadilə proqramı çərçivəsində Macarıstanın Dunayvaroş Universitetində mühazirə oxuyublar.

-İqtisadiyyat (rus dilində) kafedrasının dosenti Leyla Hacıyevanın mühazirə mövzusu Gənclər turizmin iqtisadiyyata təsiri, dissertant Zümrüd Nəcəfovanın isə müzakirəsi İnfrastrukturun inkişafı KOM-yə dəstəyi mövzusunda olub.

Səfər çərçivəsində ݮƵ müəllimləri Dunayvaroş Universitetində keçirilən Şərq-Qərb yaxınlaşması mövzusunda beynəlxalq konfransa da qatılıblar.

Macarıstan, Rusiya, Rumıniya, Braziliya və Çindən elm adamlarının iştirak etdiyi konfransda L.Hacıyeva Turizmin əsas tendensiyaları: gənclər turizmi, Z.Nəcəfova isə Azərbaycanda kiçik və orta müəssisələr üçün dəstək infrastrukturunun inkişaf etdirilməsi mövzuları ilə çıxış ediblər. Çıxışları geniş diskussiyaya səbəb olan ݮƵ müəllimləri konfransın Maraqlı məruzə sertifikatı ilə təltif olunublar.

Konfrans ali təhsil müəssisələri arasında beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, müasir təhsil modellərinin təbliği, elmi əməkdaşlığın inkişaf etdirilməsi, tədqiqatçı və doktorantların elmi araşdırmaları ilə tanışlıq məqsədi daşıyıb. ݮƵ müəllimləri Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan Azərbaycan Dövlət iqtisad Universiteti haqqında təqdimatla çıxış ediblər. ݮƵ-in fəaliyyətinə və nailiyyətlərinə maraq göstərək Braziliyanın ali təhsil müəssisələrindən olan nümayəndə heyəti ݮƵ-lə səmərəli əməkdaşlıq qurmaq niyyətində olduqlarını bildiriblər. Onlar ݮƵ-lə birgə layihələr işlənməsini təklif edərək, bu tərəfdaşlığın uğurlu olacağından əminliklərini ifadə ediblər.