ݮƵ

Dahi bəstəkarın əsərləri ݮƵ tələbələrinin ifasında

23 DEKABR 2015 | VIEWS:

Dekabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) 85-illiyi çərçivəsində Only in English adlı tədbir keçirilib.

İngilis dilində təşkil olunan musiqili-əyləncəli tədbirdə tələbələrin ifasında dahi bəstəkar Üzeyir Hacıbəyovun Arşın mal alan, O olmasın, bu olsun əsərlərindən, həmçinin Bəyin oğurlanması filmindən səhnəciklər göstərilib. Tələbələrin Qarabağa həsr olunan təqdimatları nümayiş etdirilib.

Maraqla izlənən tədbir ݮƵ-in Beynəlxalq İqtisadiyyat Məktəbi və Xarici Dillər-2 kafedrasının təşkilatçılığı ilə keçirilib.