İ.e.n., dos. İbrahimli Zülfüqar Hüseyn oğlu11 iyun 1971-ci ildə Bakı şəhərində anadan olub. 1978-ci ildən 1988-ci ilədək orta məktəbdə oxuyub.
1988-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Sənaye iqtisadiyyatı və idarəetmə fakultəsinə daxil olub. 1993-cü ildə institutu bitirərək iqtisadçı ixtisası alıb. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirərək Hüquqşünaslıq ixtisasına yiyələnib.
1994-cü ildən 1998-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində Menecment ixtisası üzrə aspiranturada oxuyub. 2002-ci ildə 08.00.05 Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə namizədlik dissertasiyası müdafiə edib iqtisad elmləri namizədi elmi dərəcəsini alıb. 2012-ci ildə dosent elmi adı alıb.
1993-cü ildən 1994-cü ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Menecment kafedrasında laborant, baş laborant, müəllim və baş müəllim vəzifələrində çalışıb. 2005-ci ildən 2014-cü ilədək Biznes inzibatcılıgı fakultəsinin dekan müavini vəzində calışıb. 2014-cü ildən Biznes inzibatcılıgı fakultəsinin dekan əvəzi olub. 2010-cu ildən ADİU-nin Menecment kafedrasında dosent vəzifəsində işləyib.
Hazırda ݮƵ-in “Menecment” kafedrasının dosentidir.
Ailəlidir, dörd övladı var.