ݮƵ

mazahir1805 t.e.d., professor  Aslanov Zabit Yunus oğlu

ÜԱ: Bakı şəhəri, H.Əliyev küçəsi 135,

Telefon:   +(994) 012 564-67-54,
+(994) 050 429-67-77

-: [email protected]

23 iyul 1962-ci ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Politexnik İnstitutunun Maşınqayırma fakültəsini bitirmiş və 1990-cı ilədək təyinatla Azərelektroterm istehsalat birliyində mühəndis-texnoloq vəzifəsində işləmişdir.

1990-1992-ci illərdə Azərbaycan Texniki Universitetinin aspirantı olmuş, 1992-ci ildə orada namizədlik dissertasiyası müdafiə etmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. 1992-2000-ci illərdə Azərbaycan Texniki Universitetinin  Metrologiya və standartlaşdırma kafedrasında baş müəllim və dosent vəzifələrində çalışmışdır. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Standartlaşdırma və sertifikasiya kafedrasında dosent vəzifəsində işləmişdir. Yüksək ixtisaslı kadrların hazırlanmasında səmərəli fəaliyyətinə görə 2018-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının qərarı ildə 2019-cu ildə Qızıl Qələm və İlin alimi Media Mükfatına layiq görülmüşdür.

2011-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Standartlaşdırma və sertifikasiya kafedrasında müdir vəzifəsində çalışır.

Texnika üzrə elmlər doktoru, professordur.

O, 200 elmi-metodik əsərlərin, o cümlədən 9 dərslik, 4 dərs vəsaiti, 2 monoqrafiya, 1 ixtira, 28 proqram və 8 metodiki göstərişin müəllifidir. SCOPUS və Web of Science indeksli jurnallarda 6 məqaləsi dərc olunub.

Evlidir, iki övladı var.

zabitt_49301-Sakarya Universitesi Ziyaret_9488 (2)_resize (1)DSC_8881DSC_0080DSC_8712qida-20171026-WA0005

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

Dz.

ݮƵ kollektivi Novruz bayramını daun sindromlu uşaqlarla keçirib(16.03.2018)
ݮƵ müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu(16.02.2017)
ݮƵ-də Beynəlxalq standartlaşdırma gününə həsr olunan elmi-praktik seminar
(18.10.2016)
ݮƵ-də ilk nümunəvi dərslər keçilib(15.01.2016)