Bayramov Hafiz Məhərrəm oğlu1947-ci il iyul ayının 21-də Şəmkir şəhərində anadan olmuşdur.
1966-cı ildə İ.M.Qubkin adına Moskva Neftkimiya və qaz sənayesi institunun Avtomatika və Telemexanika fakültəsinə daxil olmuş və 1971-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1978-ci ildə Universiteti bitirmişdir.
1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında namizədlik dissertasiyası müdafiə edərək, texniki elmləri namizədi alimlik dərəcəsi almışdır.
1972-1980-ci illərdə Neftkimyaavtomat Elmi Tədqiqat və Layihə İnstitutunda mühəndis, kiçik işçi, baş elmi işçi vəzifələrində çalışmışdır, daha sonra SSRİ Tikinti Bankının Azkontrasının Hesablama Mərkəzinin rəisi vəzifəsində çalışmışdır.
1989-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim, dosent vəzifələrində çalışmışdır.
2013-2018-ci illərdə İqtisad Universitetinin “İnformatika” kafedrasının müdiri vəzifəsində çalışıb.
2018-ci ildən “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının dosentidir.
23-dən çox elmi məqalənin, dərslik və dərs vəsaitinin müəllifidir.
ݮƵ magistrləri müzakirə edir: İnformasiya sistemlərinin və texnologiyalarının müasir problemləri(13.04.2018)
ݮƵ-də Elmi tədqiqat ili Texnologiya və dizayn fakültəsində elmi seminarlar(05.03.3018)
ݮƵ-də elmi seminar: Müəssisələrdə informasiya texnologiyalarının auditi(27.12.2017)
ݮƵ-in Texnoloji Təhsil Qrupundan tələbələr üçün disput(21.11.2017)
ݮƵ-in pedaqoji heyəti üçün təlim: İnformasiya təhlükəsizliyi(07.11.2017)
ݮƵ-də elmi seminar: Blokçeyn və kriptovalyuta texnologiyalarının Azərbaycanda tətbiq imkanları(03.11.2017)
ݮƵ əməkdaşları nüfuzlu beynəlxalq konfransda iştirak etmişlər (20.10.2016)