
1959-cu il yanvar ayının 19 da Ağdam rayonunun Tağıbəyli kəndində anadan olub.
1975-ci ildə Ağdam rayonunun Güllücə kəndində orta məktəbi bitirib.
1977-ci ildə Səməd Ağamalıoğlu adına Kənd Təssərrüfatı İnstitutunun Alim aqronom ixtisasına daxil olub.
1982-ci ildə həmin institutu bitirib.
1982-ci ildən Ağdam rayonunun Güllücə kəndində yerləşən şərab zavodunda labaratoriya müdiri işləyib. 2000-ci ildə Azərbaycan Müəllimlər İnstitunun Mingəçevir filialında baş laborant işləyib. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına dilçilik institunda dissetant olub. 2006-cı ildə Müasir Azərbaycan dilində qoşulma konstruksiyalar mövzusunda dissertasiya işini başa vurub, elmlər namizədidir.
2006-cı ildə AMİ-nin Mingçevir filialında İctimai fənlər və peşə təlimi kafedrasının müdiri, 2008-ci ildə Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri, 2012-ci ildən həmin filialda Filologiya və təhsildə psixoloji xidmət fakültəsinin dekanı, 2015-ci ildə AMİ-nin Zaqatala filialında ə işləri üzrə direktor müavini vəzifələrində işləyib.
**
2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında Ümumi fənlər kafedrasının müdiri, 2018-ci ildə ݮƵ-in Zaqatala filialında İqtisadiyyat fakültəsinin dekanı vəzifələrində çalışıb.
2020-ci ildən ݮƵ-in Zaqatala filialının direktor müavinidir.
30-dan artıq elmi məqalənin, bir dərs vəsaitinin, bir metodik vəsaitin müəllifidir.
1983-cü ildən ailəlidir, iki övladı var.