Direktor:
|
Direktor müavini:
|
Katib:
|
Dear International Students,
We look forward to welcoming you to the International School of Economics (ݮƵ)!
Please see further information about Online Registration and Application Forms on /en/admission/international-students/
*
Beynəlxalq İqtisadiyyat Məktəbində ISE Public Speaking Clubun ilk tədbiri keçirilib
ݮƵ-in Beynəlxalq İqtisadiyyat Məktəbində (ISE) tələbələr tərəfindən yaradılan müxtəlif klublar fəal şəkildə fəaliyyət göstərir. Onların sırasında yeni I kurs tələbəsi Davud Şeydayev təsis etdiyi ISE Public Speaking Club-un ilk tədbiri uğurla keçirilib.
ݮƵ Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbələr arasında elmi tədqiqat bacarıqlarının artırılması məqsədilə həyata keçirdiyi Research Competition2 layihəsi çərçivəsində növbəti təlimlər təşkil olunmuşdur.
Təlimlərdə Beynəlxalq İqtisadiyyat və Biznes kafedrasının müəllimi Vüsal Əhmədov Tədqiqatlarda kəmiyyət metodlarının tətbiqi mövzusunda təqdimatla çıxış etmişdir. O, proqram təminatı vasitəsilə tədqiqat datasına uyğun kəmiyyət metodlarının seçilməsi, həmin metodların etibarlılığının yoxlanılması məsələlərini praktiki nümunələr əsasında izah etmiş və iştirakçılara tətbiqi bacarıqlar qazandırmışdır.
Beynəlxalq İqtisadiyyat və Biznes kafedrasının müəllimi Fədai Əfəndiyev isə Elmi məqalələrin düzgün strukturu mövzusunda çıxış edərək, iştirakçılara akademik yazının strukturu barədə ətraflı məlumat vermiş, elmi məqalənin əsas bölmələrinin giriş, ədəbiyyat icmalı, metodologiya, nəticələr və müzakirə hissələrinin məzmunu və ardıcıllığı ilə bağlı tövsiyələrini bölüşmüşdür.
ݮƵ-in Beynəlxalq İqtisadiyyat Məktəbininin (ISE) Biznesin idarə edilməsi ixtisası üzrə I kurs tələbəsi, Akademik Zərifə Əliyeva adına Liseyin məzunu Davud Şeydayev abituriyentlərlə mütəmadi görüşlər çərçivəsində təhsil aldığı liseydə şagirdlərlə görüşüb.
Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) qlobal iqtisadi prosesləri dərindən bilən, beynəlxalq bazarda rəqabət apara bilən mütəxəssislər yetişdirən təhsil strukturudur. Məktəbin əsas hədəfi tələbələrə beynəlxalq iqtisadi münasibətlər sahəsində nəzəri və praktiki biliklər verməklə yanaşı, onların analitik və strateji düşünmə bacarıqlarını inkişaf etdirməkdir.
Məktəb 20.10.2014-cü ildə ݮƵ-də İngilis dilində tədris mərkəzi kimi (İDTM) yaradılıb. Hazırda mərkəz Beynəlxalq İqtisadiyyat Məktəbi (ISE) adlanır.
Məktəbin əsas xüsusiyyəti tədrisi aparılan bütün ixtisasların ingilis dilində olmasıdır. Burada tədris edilən fənlərin sillabusları dünyada tanınmış nüfuslu universitetlərin proqramına uyğun tərtib edilmişdir. Məktəbin digər xüsusiyyəti akademik heyətlə bağlıdır. Belə ki, İSE-də ABŞ, İngiltərə, Almaniya, Fransa, İsveç və s.dünyanın müxtəlif ölkələrinin tanınmış universitetlərinin məzunları olan geniş praktiki biliklərə malik müəllimlər dərs deyirlər.
Məktəbin məzunlarıDeloitte,KPMG, EY, PWC, SOCAR AQS, PAŞA Bank, Rabitəbank, Baker Tilly Azərbaycan, Kapital Bank, Paşa Həyat Sığorta ASC, Mcdonalds Azerbaijan, P&G, Grant Thornton Azerbaijan və diqər şirkətlər tərəfindən işə dəvət olunublar.
2025/2026-cı tədris ilində ISE-yə ümumilikdə 179 tələbə qəbul olub ki, onlardan 87 nəfəri 600-dən yuxarı bal toplayıb. Həmin tələbələrə bir semestr boyu ݮƵ-in xüsusi təqaüdü verilir. Fakültədə 48 əcnəbi tələbə təhsil alır.
Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru 19.01.2024-cü il tarixindən İnarə Rzayevadır.
*
Fakültə üzrə təhkim edilən kafedra:
Beynəlxalq iqtisadiyyat və biznes
*
Fakültə üzrə ixtisaslar:
– Maliyyə
– Mühasibat
– İqtisadiyyat
–Beynəlxalq ticarət və logistika
– Biznesin idarə edilməsi
2024-2025-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetinə (ݮƵ) qəbul olan tələbələrdən 12 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan 10 tələbə Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsidir:
