Marketinq kafedrasının nəzdində fəaliyyət göstərən “Marketinq-diskusiya klubunun 11 dekabr saat 12:00-da növbəti seminarı keçirildi. Seminarda Embawood şirkətinin Strateji İdarəetmə Qrupunun rəhbəri Cəbrayıl Vəliyev Müasir şəraitdə marketinq tədqiqatlarının aparılması mexanizmi (müxtəlif şirkətlərin timsalında) mövzusunda maraqlı çıxış etdi. Təlimçi yerli və xarici şirkətlərin timsalında marketinq tədqiqatlarının aparılması mexanizmindən ətraflı danışaraq, sonda tələbəri maraqlandıran suallara da cavab verdi.