Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Kommersiya fakültəsinin tələbələri EXUS Business Consulting&Training şirkətində olublar. Görüşdə direktor Ənvər Yavər oğlu tələbələrə şirkətin fəaliyyəti barədə ətraflı məlumat verib. Şirkətin əməkdaşlıq etdiyi 15-dən artıq özəl qurumun ݮƵ-in tələbələrini yay tətilində əməkdaşlığa cəlb edəcəyini bildirib. Həmin şirkətlər tələbələrin potensialını öyrənəcək və gələcəkdə onları daimi işlə təmin edəcək. Səbəb əmək bazarında ݮƵ-in hazırladığı kadrlara təlabatın artması göstərilib.
Fakültə dekanı Mirağa Əhmədov bildirib ki, ݮƵ-də təhsilin keyfiyyətinin yüksəlməsi, yeni texnologiyaların tətbiqi və müasir laboratoriyalardan istifadə yüksək ixtisaslı kadrların hazırlanmasına təkan verib.
Görüşdən sonra tələbələrə Kommersiya müəssisələri səviyyəsində strateji marketinq planlaşdırılması mövzusunda seminar keçirilib.