Əzizov İlkin Əli oğlue-mail: [email protected]
10 avqust 1993-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur.
1999-2010-cu illərdə Təfəkkür liseyində təhsil almışdır.
2010-cu ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Mexanikiləşdirmə və İnformasiya Texnologiyaları fakültəsinin İnformasiya Texnologiyaları və Sistemləri mühəndisliyi ixtisasına daxil olmuş və 2014-cü ildə bitirmişdir.
2012-ci ildən əmək fəaliyyətinə Azərbaycan Memarlıq və İnşaat Universitetinin İKT mərkəzində başlamışdır. Müxtəlif illərdə özəl müəssisələrdə şəbəkə mühəndisi kimi çalışmışdır. 2013-cü ildə Central and Eastern European Networking Association təşkilatının Gürcüstanda keçirdiyi seminarında Azərbaycan nümayəndələr qrupu ilə birgə iştirak etmişdir.
2015-ci ildə Türkiyə respublikasının İzmir şəhərində Ege Universiteti Beynəlxalq Kompüter İnstitutunda İnformasiya Texnologiyaları və İnternet Təhlükəsizliyi üzrə magistr təhsilinə başlamışdır. 2017-ci ildə Ege universitetinin professoru Mehmet Emin Dalkılıçın rəhbərliyi ilə DCTCP protokolunun araşdırılması və təhlükəsizlik analizi adlı bitirmə tezisini müdafiə edərək magistr təhsilini başa vurmuşdur.
*
2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya iqtisadiyyatı və texnologiyaları kafedrasında müəllimdir.
Bir elmi məqalənin müəllifidir.
ݮƵ-də elmi seminar: Müəssisələrdə informasiya texnologiyalarının auditi(27.12.2017)