f.f.d.. dos. Ələkbərov Rəhim İbad oğlu14.09.1980-ci ildə Xankəndi şəhərində anadan olub. 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində bakalavr, 2001-2003-cı illərdə isə həmin fakültədə magistratura təhsili almışdır. 2003-cü ildə BDU-nun Fizika fakültəsinin Fiziki elektronika istiqamətinin Bərk cisim elektronikası ixtisası üzrə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun Qeyri-kristallik yarımkeçiricilərin fizikası laboratoriyasında kiçik elmi işçi, 2009-2011-ci illərdə elmi işçi, 2011-ildən hazırki dövrə qədər isə aparıcı elmi işçi vəzifəsində elmi fəaliyyətini davam etdirir.
2009-cu ildə aspirantura dövründəki elmi işinə görə İsveçrənin gənc alimlərə dəstək fondunun təqaüdünə və sertifikatına layiq görülmüşdür. 2019-cu ildən Mühəndislik və Tətbiqi elmlər kafedrasında 0.5 ştat əvəzçiliklə dosent vəzifəsinə təyin edilmişdir. 2021-ci ildə Elektrik və Elektronika mühəndisliyi üzrə ixtisas rəhbəri vəzifəsinə təyin edilmişdir. 65 elmi əsərin müəllifidir.