ݮƵ

Mayil Tagiyevfiz.e.d., prof. Tağıyev Mayıl Məsim oğlu

11 aprel  1959-cu ildə Gədəbəy rayonunda anadan olmuşdur.

1976-ci ildə orta məktəbi, 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki  Universiteti) bitirmişdir.

1982-1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fotoelektronika İnstitutunda çalışıb.

1995-2012-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetinin Fizika və Kimya kafedrasının dosenti, 2013-cü ildən Fizika və Kimya kafedrasının professoru olub. Hazırda ݮƵ-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının professorudur.

1993-ci ildə namizədlik dissertasiya işini;
2011-ci ildə doktorluq dissertasiya işini müdafiə etmişdir.
Fizika üzrə elmlər doktoru, professordur.

06 oktyabr 2017ci ildə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə ݮƵ-in Fəxri Fərmanı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Tərəqqi medalı ilə təltif edilib.

5 dərs vəsaitinin, 2 ixtiranın, 86 elmi məqalənin müəllifidir.

Ailəlidir, iki övladı var.