ݮƵ-də Gənc Bankir Məktəbi 3 layihəsinin final mərhələsi keçirilib.SUES İctimai Birliyinin təşkilatçılığı, Azər Türk Bank ASC-nin tərəfdaşlığı, Reduco ə Mərkəzinin maliyyə dəstəyi keçirilən layihə iki mərhələdə keçirilib. İlk mərhələdə komanda üzvlərinə iki həftə ərzində Azər Türk Bank ASC tərəfindən bank sektoruna aid mövzularda təlimlər keçirilib. 2-ci mərhələdə isə komandalar püşkatma yolu ilə seçdikləri ölkənin bank sistemi haqqında araşdırma apararaq elmi-tədqiqat işi hazırlayıblar. Yarımfinal mərhələsində tədqiqat işlərini münsiflər heyətinə təqdim edən komandalar arasından finalçılar müəyyən edilib.
Final mərhələsində 12 komanda mübarizə aparıb. Münsiflər heyəti birinciliyə SABAH qrupunun tələbələrindən ibarət Overdose komandasının tədqiqat işini layiq görüb.
Qalib komandanın üzvlərinə kubok və hədiyyələr təqdim olunub. Onlar Azər Türk Bankda iki aylıq təcrübə proqramında iştirak edəcəklər.