e-mail: [email protected]
02.05.1985-ci ildə Bakı şəhərində anadan olmuşdur.
2002-ci ildə Bakı şəhəri, Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziya məktəbini bitirmişdir.
2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin bakalavr pilləsini bitirmişdir.
20032004-cü illərdə Rabitəbank ASC-nin Bank əməliyyatları şöbəsində təcrübə keçmiş,
20042005-ci illərdə Kapital Bankın Mühasibatlıq şöbəsində təcrübə keçmişdir.
20062008-ci illərdə Unibank ASC-nin Plastik kartlar şöbəsində mütəxəssis vəzifəsində işləmişdir.
20082010-cu illərdə Azərnəqliyyat Bank ASC-nin Valyuta şöbəsində xarici valyuta üzrə mütəxəssis vəzifəsində çalışmışdır.
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
20092013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin doktorantı olmuşdur.
20132015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər kafedrasında saat hesabı müəllim vəzifəsində çalışmış,
20152017-ci illərdə Beynəlxalq iqtisadiyyat kafedrasında tam ştat müəllim vəzifəsində fəaliyyət göstərmişdir.
2017-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbində İqtisadiyyat kafedrasında 0,5 ştat müəllim vəzifəsində fəaliyyət göstərmişdir.
ݮƵ-in Elmi Şurasının 16.09.2022-ci il tarixli EŞ №184 qərarına və Universitetin 29.09.2022-ci il tarixli №811/3/2022 əmrinə əsasən kafedranın adı dəyişdirilərək Tətbiqi iqtisadiyyat kafedrası olmuşdur.
Hal-hazırda həmin kafedrada müəllim kimi fəaliyyətini davam etdirməkdədir.
15.09.2025-ci il tarixdən Tətbiqi İqtisadiyyat kafedrasında tam ştat müəllim vəzifəsinə keçirilmişdir.
Aliyə Hacıqayıbova Qloballaşma şəraitində ölkənin milli təhlükəsizliyinin təminatı problemləri mövzusunda namizədlik dissertasiyası üzərində çalışır.
O, milli iqtisadi təhlükəsizliyin aktual problemlərinə dair 9 elmi əsərin, 7 məqalənin və 2 tezisin müəllifidir.
Ailəlidir, üç övladı var.