ݮƵ

Həsənova Cəmilə Vaqif qızı

e-mail:[email protected]e

Cəmilə Həsənova Bakı şəhərində anadan olmuşdur. O, 2007-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr, 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsini Türk Dünyası Tarixi ixtisası üzrə magistr dərəcəsini bitirmişdir.

2017-ci ildə AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Mil-Qarabağın ilk tunc dövrü maddi mədəniyyəti mövzusunda dissertasiya işini 5505.02 şifrəsi Arxeologiya ixtisası üzrə müvəffəqiyyətlə müdafiə etmiş, Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tarix üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşdür.

2022-ci ildən Azərbaycanın Gəncəçay və Şəmkirşay hövzəsinin erkən və orta tunc dövrü yaşayış yerləri və dəfn adətləri mövzusu üzrə Tarix elmləri doktoru proqramı üzrə doktorantdır.

2008-2010-cü illərdə Azərbaycan tarixi kafedrasının baş laborantı işləmişdir.

2010-2016-cı illər ərzində Azərbaycan tarixi kafedrasında müəllim vəzifəsində çalışmışdır.

2016-cı ildən indiyədək Humanitar fənlər kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır.

2016-2019-cu illərdə ݮƵ-in SABAH Qruplarında Azərbaycan tarixi fənnini azərbaycan və ingilis dillərində tədris etmişdir.

2017-ci ildə ݮƵ-in Gənc Müəllimlər Şurasının idarə heyətinin üzvü, 2024-cü ildə ݮƵ Gənc Alimlər Şurasının üzvü seçilmişdir.

2016-2019-cu illərdə ݮƵ-in Keyfiyyət elçisi olmuşdur.

2016-cı ildə Mövlanə mübadilə proqramı çərçıvəsində Antalyanın Akdeniz Universitetinə təcrübə məqsədi ilə ezam olunub. Həmin təcrübə nəticəsində Akdeniz Universitetində Eski anıtlar diyarı Azərbaycan adlı seminarla çıxış edib.

2018-ci ildə Türkiyə Respublikası İstanbul Sabahattin Zaim Universitetində ݮƵ-in qarşılıqlı elmi əməkdaşlıq çərçivəsində təcrübə proqramında iştirak etmişdir.

2018-ci ildə Türkiyənin İstanbul şəhərində Uluslararasi Stratejik ve Sosyal Araştırmalar Simpozyumunda məruzə ilə çıxış etmiş və bölmə moderatoru olmuşdur.

2020-ci il 5-6 iyunda Türkiyənin İstanbul şəhərində keçirilən 4th International Management and Social Research Conference mövzusunda beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.

2019-cu ildə ݮƵ-in təşkilatçılığı ilə British Council-ın keçirdiyi Academic Writing kursunu müvəffəqiyyətlə bitirmiş və Aptis imtahan nəticəsi olaraq B2 səviyyə sertifikatı qazanmışdır.

2017-ci ildə Web of Science elmmetrik bazadan istifadənin əsasları, ݮƵ, Clarivate Analytics;

2018-ci ildə Elmi-tədqiqat işlərinin əsas nəticələrinin beynəlxalq nüfuzlu nəşrlərdə dərc olunması mexanizmi ݮƵ, Clarivate Analytics;

kamala6bb9d6f5f6e6cdd9kitabxana_camila_xalidaݮƵ_240519

*

2018-ci ildə Müasir müəllimin fərdi işçi planının (Syllabus) tərtibi Azərbaycan Respublikası Təhsil Nazirliyi, ADA Universiteti, SABAH Mərkəzi;

2018-ci ildə Publication activity in EU countries: new trends and innovations in Wos and Scopus və Academic Writing kursunu Prague İnstitute for Qualification Enhancement bitirərək müvəffəqiyyət sertifikatına layiq görülüb və ixtisası üzrə bir sıra digər təlimlərdə iştirak etmiş sertifikatlar qazanmışdır.

2020-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Universitetlər arası keçirtdiyi yarışmada İlin peşəkar Gənci fəxri adını almışdır.

2021-ci ilin May-iyul aylarında ABŞ səfirliyinin maliyyə dəstəyi ilə keçirilən müsabiqədə qalib gəlmiş və 3 aylıq ADA universitetinin Academic writing və Sosial tədqiqat metodları kursunda iştirak edib, ADA Universitetinin məzunu sertifikatı ilə təltif olunmuşdur.

2022-ci ildə ݮƵ Ömürboyu Təhsil Mərkəzi tərəfindən İsrail və Azərbaycanda baş tutan Təlimçilərin təlimi Soft Skills adlı layihədə iştirak etmiş və bu sahə üzrə kvalifikasiyalı təlimçi sertifikatının sahibidir.

Təlimçi olaraq, ݮƵ də 500 nəfər inzibati və professor-müəllim heyətinə Soft skills üzrə təlimlərin verilməsində iştirak etmişdir.

2024-cü ildə AMEA Mərkəzi Kitabxanasında Azərbaycanın Mil-Qarabağ bölgəsinin ilk tunc dövrü maddi mədəniyyətli adlı monoqrafiyasının təqdimatı həyata keçirilib.

C.Həsənova 45 elmi məqalə və tezisin, 1 monoqrafiya, 1 metodik vəsait, 3 proqram müəllifidir (bu məqalələr dünyanın müxtəlif yerlərində Türkiyə, Ukrayna, ABŞ, İtaliya, Rusiya, Kipr, Qırğızıstanda nəşr edilib), 1 metodik vəsaiti, 1 monoqrafiyası mövcuddur. 5 elmi məqaləsi web of sciences jurnallarında, 2 elmi məqaləsi scopus jurnallarında indeksləşib. Müxtəlif konfranslarda elmi katib, düzənləmə kurumu və bilim kurumlarında yer alıb, eyni zamanda moderator kimi də iştirak edib.

Ailəlidir, iki övladı var.

*

Elmi əsərlərin siyahısı (hiperlinkli)

arabiyya_9104camila_foto39896547_ncamila_hasanova11IMG_5117DSC_9851


ݮƵ Gənc Müəllimlər Şurasının ilk elmi seminarı(12.03.2018)
Radio ݮƵ-də müzakirə: Təcrübə mübadiləsi gənc müəllimlərə nə verib(27.02.2018)
ݮƵ Gənc Müəllimlər Şurasının üzvlərini tanıyın(07.11.2017)
ݮƵ Gənc Müəllimlər Şurası yaradılıb
(06.11.2017)

ݮƵ müəllimi Akdeniz Universitetində Azərbaycan tarixindən danışıb