Həsənova Mətanət Samik qızı 07 noyabr 1976-ci ildə Bakı səhərində anadan olmuşdur.
1992-cü ildə 213 saylı orta məktəbi bitirmişdir.
1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Uçot-iqtisad fakültəsinin Mühasibat uçotu və audit ixtisasına qəbul olunmuş,1998-cu ildə isə bakalavr dərəcəsi üzrə bitirmişdir. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin magistratura pilləsinə qəbul olunmuş və 2005- ci ildə Gömrük işinin təşkili ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və magistr dərəcəsi almışdır.
Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi kafedrasında baş laborant vəzifəsində calişmış, 2011 ci ildən saat hesabı dərsləri aparmışdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) 02.11.2015-ci il tarixdən Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi kafedrası üzrə 05 ştat müəllimə vəzifəsinə tövsiyyə edilmişdir. O, Sosial sahələrin iqtisadiyyatı, Təhsil sferasının iqtisadiyyatı, Peşə etikası və etiket fənlərini tədris edir.
2016-ci ildən Az.ETKTİ və Tİ dissertanturaya qəbul olmuşdur.
5312.01-Sahə iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün İxrac yönümlü kənd təsərrüfatı istehsalının inkişaf problemləri adlı dissertasiya işini yekunlaşdırmışdır. 14 məqalə və tezisin müəllifidir.
Ailəlidir, iki övladı var.