Hikmət ŞıxməmmədovHikmət Şıxməmmədov 6 dekabr 1995-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olub. Ağstafa rayonu Kəsəmən kəndinin 2 saylı məktəbində orta təhsil alıb.
2013-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Biznes və menecment fakültəsində Biznesin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili alıb.
29 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yola düşüb. Füzuli, Şuşa və bu istiqamətdə digər rayonların işğaldan azad edilməsində fəal iştirak edib. Noyabrın 8-də Şuşa yaxınlığında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ağstafa rayonunda dəfn olunub.
Ölümündən sonra Vətən uğrunda, Cəsur döyüşçü və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.