Hüseyn MuradovHüseyn Muradov 1994-cü il mayın 10-da Saatlı rayonunun Cəfərxan kəndində anadan olub. 2000-2011-ci illərdə 147 nömrəli Texniki-humanitar liseydə təhsil alıb. 2011-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Ümumi İqtisadiyyat fakültəsində təhsil alıb. Universitetdə oxuduğu müddətdə nümunəvi davranışları ilə seçilərək, müəllim və tələbə kollektivinin rəğbətini qazanıb.
2015-ci ildə Murovdağda hərbi xidmətdə olub. 2016-cı il Aprel döyüşlərində minaatan və artilleriyaçı olub. II Qarabağ Müharibəsi başlamazdan bir neçə gün öncə sentyabrın 21-də Müdafiə Nazirliyinin çağırışı ilə ehtiyatda olan hərbçi kimi təlimlərdə iştirak etmək üçün hərbi hissəyə yola düşüb. 27 sentyabrda Füzuli istiqamətində başlayan döyüşlərə qatılaraq, böyük qəhrəmanlıqlar göstərib. 8 oktyabr 2020-ci ildə Hadrut uğrunda döyüşlərdə şəhid olub.
Bakının Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub.
Ölümündən sonra Vətən uğrunda, Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.