Hüseynova Nəzirə Yunus qızı 25 sentyabr 1983-cü ildə anadan olub.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq ixtisasını fərqlənmə ilə bakalavr pilləsini bitirmiş, 2006-cı ildə isə həmin ixtisas üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir.
2007-ci ildən 2011-ci ilədək Marketinq kafedrasında saat hesabı qaydasında dərs aparmışdır. Logistika, Ehtiyatların idarə edilməsi, Marketinq fənlərindən mühazirə və seminar dərsləri aparıb.
2018-ci ildə namizədlik dissertasiya işini müdafiə edib, iqtisad üzrə fəlsəfə doktorudur.
2010-2018-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Tyutor xidmətinin tyutoru vəzifəsində çalışib.