ݮƵ


heydarb7bc078ed3da882051i.e.d., prof. Həsənov Heydər Sərdar oğlu

18 noyabr 1962-ci ildə Bakı şəhərində anadan olub.

1982-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirmişdir.

1991-ci ildə Rusiyanın Leninqrad şəhərində N.A.Voznesenski adına Leninqrad Maliyyə İqtisad İnstitutunda namizədlik dissertsiyasını müdafiə edib.

1997-2012-ci illərdə Menecment kafedrasının dosenti olub.

2012-ci ildən İqtisad Universitetinin Menecment kafedrasının professorudur.

Azərbaycanda ilk dəfə holdinq şirkətləri, lizinq, müəssisələrin müflisləşməsi və sanasiyası haqqında elmi məqalələr yazıb.

 

*
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Tərəqqi medalı ilə təltif edilib.

100-dən artıq elmi və metodiki əsərlərin, o cümlədən: İri sahibkarlıq strukturları və Korporativ idarəetmənin təməl daşları monoqrafiyalarının müəllifi, Menecment, Müasir menecment I və II , Antiböhranlı idarəetmə, Dövlət və bələdiyyə idarəçiliyi, İdarəetmə qərarları dərsliklərinin həmmüllifidir.

Evlidir üç övladı var.

Biznes və menecment fakültəsində tədris proseslərinin izlənilməsinə başlanılıb(05.10.2016)
ݮƵ professorları beynəlxalq konfransda çıxış ediblər (14.04.2016)

heydard50bc4a146fd0ehaydaraoto1konf55