ݮƵ

alicann_biznesi.e.d., prof. Abbasov Alıcan Bayraməli oğlu

1939-ci ildə İsmayıllı rayonunun Ticran kəndində anadan olmuşdur.

1962-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) bitirmiş və 1962-1964-cü illərdə təyinatla Əli Bayramlı (hazırki Şirvan) şəhərində yerləşən Şirvanneftçıxarma tresti nəzdində müxtəlif qazma kontorlarında iqtisadçı və böyük iqtisadçı vəzifələrində işləmişdir.

1965-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun əyani aspiranturasına daxil olmuş və 1967-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1965-1983-cü illərdə Azərbaycan Respublikası Dövlət Komitəsi yanında Elmi-Tədqiqat İqtisad İnstitutunda sektor və şöbə müdiri vəzifələrində işləmişdir.

1984-1992-ci illərdə Azərbaycan Texnologiya İnstitutunun İstehsalın iqtisadiyyatı, təşkili, planlaşdırılması və idarə edilməsi kafedrasının müdiri vəzifəsində çalışmışdır.

1986-cı ildə Moskva şəhərində Aqrar-sənaye kompleksi sistemində yeyinti sənayesinin inkişafının perspektiv planlaşdırılması problemləri mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

 

*

1993-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində əvvəlcə Sənayenin iqtisadiyyatı kafedrasının professoru, 2001-2014-cü illərdə Biznesin idarə edilməsi kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Hazırda ݮƵ-in Biznesin idarə edilməsi kafedrasının məsləhətçi-professorudur.

 ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Tərəqqi medalı ilə təltif edilib.

Milli iqtisadiyyatın aktual problemlərinə aid 180-a qədər elmi əsərin, o cümlədən 15 kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir.

 

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

1-alican_1382??????????????????????????????????????????????????????????????alicana70a970c1a-0alicana70a970c1a-011alicana70a970c1a-022