ݮƵ

4i.e.n., b/m. Həsənova Afət Məmmədəli qızı

22 sentyabr 1973-cü ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur.

1995-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir.

1996-cı ildən həmin institutun İqtisadi kibernertika kafedrasında laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləmişdir.

 

1996-1999-cu illərdə Azərbaycan Dövlət İqtisad İnstitutunun İqtisadiyyatın riyazi  və instrumental üsulları ixtisası üzrə dissertant olmuşdur.

2007-ci ildə Bakı Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

6-dan artıq elmi-metodiki əsərin və 1 monoqrafiyanın müəllifidir.

Müxtəlif illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadi kibernetika, “Ekonometrika” kafedralarında çalışıb.

Hazırda ݮƵ-in “Riyaziyyat və statistika” kafedrasının baş müəllimidir.

Ailəlidir, bir övladı var.