i.e.n., dos. Dünyamalıyeva Vəfa Rəşid qızı1973-cü ildə Bakı şəhərində anadan olub.
1979-1989-cu illərdə Bakı şəhəri 250 N-li məktəbdə təhsil alıb.
1989-cu ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının Plan-iqtisad fakültəsinə daxil olmuş və 1994-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1991-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Mühasibat uçotu və audit kafedrasında laborant vəzifəsində çalışmşdır.
2001-ci ildə Azərbaycan Dövlət iqtisad Universitetinin Ümumiqtisad kafedrasında müəllim işləmişdir.
2003-cü ildən Statistika kafedrasında müəllim vəzifəsində çalışmışdır.
2006-cı ildən Statistikakafedrasında baş müəllim vəzifəsində çalışıb.
*
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Azərbaycan Resrublikasında ailələrin demoqrafik qanunauyğunluqlarının statistik tədqiqi mözusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
Hazırda ݮƵ-in Riyaziyyat və statistika kafedrasının dosentidir.
Ətraf mühitin qorunması satistikası, Milli hesablar sistemi, Statistika nəzəriyyəsi (məsələlər külliyatı), Ev təsərrüfatlarlarının büdcəsi statistikası adlı dərs vəsaitinin, Ətraf mühitin qorunması statistikası, Ev təsərrüfatlarlarının büdcəsi statistikası fənn proqramlarının müəllifidir.