i.e.n., dos. Əkbərov Rövşən Məmməd oğlu1949-cu il avqustun 1-də Bakı şəhərində anadan olub.
1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirib.
1974-1981-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun Makroiqtisadi sistemlərin optimallaşdırılması laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb.
1977-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (Azərbaycan Dövlət İqtisad Universiteti) İqtisadi kibernetika kafedrasının aspiranturasına daxil olub və 1981-ci ildə bitirib.
1983-cü ildə Azərbaycan EA-nın Kibernetika İnstitutunun İxtisaslaşmış Elmi Şurasında 08.00.13 İqtisadi-riyazi üsullar ixtisasi üzrə Müttəfiq respublikanın qeyri-istehsal sahələrinin inkişafının ekonometrik modeli mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.
1981-1991 illərdə Dövlət Plan Komitəsinin nəzdində olan Hesablama Mərkəzində PHAS şöbəsinin müdiri vəzifəsində çalışıb.
1991-1995 illərdə Dövlət Plan Komitəsi nəzdində olan Elmi-Tədqiqat İnstitutunda (sonradan İqtisadi İslahatlar Mərkəzi) şöbə müdiri vəzifəsində çalışıb.
1996-2005 illərdə Ali Diplomatiya Kollecində Hesablama mərkəzinni müdiri, İqtisadiyyat və hüquq fakültəsinin dekanı vəzifələrində çalışib.
*
2006-2014 illərdə Milli Aviasiya Akademiyasında Dünya iqtisadiyyatı kafedrasının dosenti, İqtisadiyyat və hüquq fakültəsinin dekanı vəzifələrində çalışıb.
2014-2017 illərdə Nəzəri və praktiki iqtisadiyyat kafedrasının, 2017 ilin sentyabrından isə RİM-nin İqtisadiyyat kafedrasının dosentidir.
70 məqalənin, 2 dərs vəsaitinin, 4 monoqrafiyanın müəllifidir.
İqtisadiyyatın canlanması üçün yeni bazarlar: Azərbaycan mövzusunda Nobel mükafatı laureatı Finn E.Kidlendin rəhbərliyi altında İspaniya Kral Akademiyasının layihəsində iştirak edib (2011 il).
Barselona Biznes və Sosial elmlər Məktəbinin xarici professorudur.
ݮƵ-in Dissertasiya Şurası nəzdində fəaliyyət göstərən Daimi Elmi Seminarın Ümimi iqtisadiyyat bölməsinin rəhbəri və AAK-a təqdim olunacaq sənədlərin ekspertizası üzrə komissiyanın üzvüdür.
ݮƵ alimlərinin məqaləsi Web of scienceda(29.03.2018)
ݮƵ dosenti Avropanın nüfuzlu universitetinin professoru seçilib (30.11.2016)