i.e.n., dos. Əliyeva Alina Məcid qızı25.11.1953-cü ildə Azərbaycan Respublikasının Gədəbəy rayonunda anadan olmuşdur.
1975-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Siyasi iqtisad ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
1975-ci ildə həmin institutun Siyasi iqtisad kafedrasında əvvəlcə laborant, 1978-ci ildən isə baş laborant vəzifəsində işləmişdir.
1978-1981-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetininə Siyasi iqtisad ixtisası üzrə aspiranturaya daxil olmuş və 1991-ci ildə həmin universiteti bitirmişdir.
Məhsulun keyfiyyətinin yüksəldilməsinin maddi həvəsləndirilməsi mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşdür.
1999-cu ildə L.N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialının Siyasi iqtisad kafedrasına müsabiqə yolu ilə müəllim vəzifəsinə seçilmişdir.
*
1992-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Siyasi iqtisad kafedrasına baş müəllim, 1999-cu ildə İqtisadi nəzəriyyə-2 kafedrasına dosent vəzifəsinə seçilmişdir.
Hazırda ݮƵ-in “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosentidir.
Ailəlidir, üç övladı və iki nəvəsi var.