ݮƵ

emek_elirza_fotoi.e.n., dos. Məmmədov Əlirza İsrəfil oğlu

15 yanvar 1959-cu ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olmuşdur.

1980-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) Əməyin iqtisadiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1980-ci ildən 1991-ci ilin oktyabr ayınadək təyinatla Bakı Aqreqat İstehsalat Birliyində normalaşdırıcı, iqtisadçı, böyük iqtisadçı, büro rəisi, şöbə rəisi vəzifələrində çalışmışdır.

15.10.1990 – 30.08.1991-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində I dərəcəli iqtisadçı vəzifəsində işləmişdir.

1991-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Əməyin iqtisadiyyatı və təşkili kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır.

40-dan çox elmi-metodiki əsərin müəllifidir. İnsan resurslarının idarə edilməsi (2008), Əməyin fiziologiyası və psixologiyası (2013), Gəlir və əmək haqqı siyasəti (2013), Erqonomika (2013) fənləri üzrə tədris proqramları, metodik göstərişlər çap olunmuşdur.

 

 

 

2008-2010-cu illərdə İqtisad Universitetinin Magistr Hazırlığı Mərkəzinin direktor müavini olub.

2019-cu ildən ݮƵ-in “Biznesin idarə edilməsi” kafedrasının dosentidir.

2015-ci ildən 2022-ci ilin sentyabrına kimi Magistratura Mərkəzinin  direktor müavini vəzifəsində işləyib.

2022-ci ilin sentyabrından ݮƵ-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbər müavinidir.

Ailəlidir, üç övladı var.

 

ELMİ ƏSƏRLƏRİN SİYAHISI

alirzaac2bb26d