i.e.n., dos. Nəsibov Vüqar Nizami oğlu2 may 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.
1994-1998-ci illərdə Azərbaycan Dövlət iqtisad Universitetinin Bakalavr təhsil pilləsində;
1998-2000-ci illərdə həmin universitetin Magistr təhsil pilləsində təhsil almışdır.
2001-2005-ci illərdə dissertant olmuşdur.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin Menecment kafedrasında baş müəllim vəzifəsində çalışmışdır.
2000-2003-cü illərdə İqtisad Universitetinin Kommersiya kafedrasında assistent;
2003-2005-ci illərdə Kommersiya kafedrasının baş müəllimi;
2005-2012-ci illərdə Menecment kafedrasının baş müəllimi işləmişdir.
*
2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində namizədlik dissertasiyasını müdafiyə etmiş, iqtisad emləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
2012-ci ildən Menecment kafedarsının dosentidir.
26 elmi əsərin müəllifidir, o cümlədən 1 monoqrafiya, 2 dərslik (birgə müəlliflərlə), 1 dərs vəsaiti çap olunmuşdur.
Evlidir, iki oğlu var.