ݮƵ

in2_rzayeva_shahlai.e.n., dos. Rzayeva Şəhla Məhəmməd qızı

07 iyun 1967-ci ildə Azərbaycan Respublikasının Ağsu rayonunun Cəlayır kəndində anadan olmuşdur.

1985-ci ildə Bakı Plan-Uçot Texnikumunu fərqlənmə diplomu ilə bitirərək D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna daxil olmuşdur.

1990-cı ildə N.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını (hazırkı ݮƵ) fərqlənmə diplomu ilə bitirmişdir.

1987-1995-ci illərdə Ağsu rayon Kəndova kənd sovetinin, 1990-1995-ci illərdə Ağsu rayon sovetinin deputatı olmuşdur.

1991-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun Siyasi-iqtisad kafedrasına dissertant təyin edilmişdir.

2004-cü ildə Bazar iqtisadiyyatı şəraitində icarə münasibətləri mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

 

*

1992-2001-ci illərdə İqtisadi nəzəriyyə kafedrasında baş laborant, 2001-2006-cı illərdə müəllim, 2006-cı ildən baş müəllim vəzifəsində işləyib.

Hazırda “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosentidir.

3 proqram, 23 elmi məqalə və tezisin müəllifidir. Q.Menkyunun Ekonomiks dərsliyinin tərcüməsində iştirak etmişdir.

Milli Bankın sifarişi əsasında hazırladığı Makroiqtisadi alternativ siyasətin hazırlanması xüsusiyyətləri adlı tədqiqat işi müsbət qiymətləndirilmiş, beynəlxalq konfranslarda iştirak etmiş və həmin konfransların materiallarında məqalələri çap olunmuşdur.

Ailəlidir, iki övladı var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

shaxlaaa12eri-derslerde-tile