i.e.n., dos. Salayev Rauf Arif oğlu1970-ci il aprelin 20-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.
1987-ci ildə Bakı şəhəri Nərimanov rayonu 178 saylı orta məktəbi bitirmişdir.
1993-cü ildə Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Akademiyasının Qeyri-ərzaq mallarının əmtəəşünaslığı fakültəsini bitirmişdir.
1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatının İdarəetmə İnstitutunu və TASİS proqramı üzrə Böyük Britaniyanın Nottingem-Trent Universitetinin Managment (Menecment) ixtisasını bitirmişdir.
1998-ci ildə Almaniyanın Avropa Meklenburg-Vorpommern Akademiyasının Financial management (Maliyyə menecmenti) üzrə ixtisası bitirmişdir və ACCA (Association of Chartered Certified Accountans) beynəlxalq sertifikatına layiq görülmüşdür.
2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirmişdir.
2007-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetində 08.00.05 – Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi (makroiqtisadiyyat) ixtisası üzrə Azərbaycan Respublikasında rabitə xidməti infrastrukturunun innovasiya idarə edilməsi mövzusunda namizədlik dissertasiya işi müdafiə etmişdir.
2008-ci ildə Azərbaycan Müəllimlər İnstitutunda maliyyə üzrə ixtisasını artırmışdır.
1993-1994-cü illərdə Bakı şifer və keramika məmulatları kombinatında iqtisadçı;
1994-1996-cı illərdə Azəryeyintisənaye tikinti trestində baş iqtisadçı və şöbə rəisi;
1996-2001-ci illərdə Azərbaycan Respublikası Auditorlar Palatasında Auditor Xidməti Departamentinin və nəzarət departamentinin baş mütəxəssisi;
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin İstehlak mallarının ekspertizası kafedrasının müəllimi işləmişdir.
2002-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Vergi və vergiqoyma kafedrasının
baş müəllimi vəzifəsində çalışır.
2017-ci ilə kimi “Maliyyə və maliyyə institutları” kafedrasının dosenti olub.
Hazırda ݮƵ-in İqtisadiyyat (rus dilində) kafedrasının dosentidir.
*
1998-ci ildə Almaniyanın Avropa Meklenburg-Vorpommern Akademiyasının Financial management (Maliyyə menecmenti) üzrə ixtisası bitirmişdir və ACCA (Association of Chartered Certified Accountans) beynəlxalq sertifikatına layiq görülmüşdür.
26-29 aprel 2022-ci il tarixdə ݮƵ-in elmi rəhbər kimi, Təşkilat Komitəsinin XII Avrasiya İqtisadi Gənclər Forumunun (AİGF) Rusiya və dünya yeni reallıqlarda: dünya iqtisadi münasibətlərində dəyişikliklər forum iştirakçılarının Azərbaycan Respublikası meydançasında hazırlanmasına görə təşəkkürnamə ilə təltif olunub.
2017-ci ildə Ümumdünya elm günü, sülh və inkişaf naminə, Elm aylığı çərçivəsində ݮƵ dosentlər arasında keçirilən elmi məqalə müsabiqəsində 3 yeri tutduğuna görə diplom ilə təltif olunub.