i.e.n., dos. Xeyirxəbərov İsmayıl Mahmud20 mart 1965-ci ildə Gürcüstanın Saqareco Yor-Muganlı kəndində anadan olmuşdur.
1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ümumiqtisad fakultəsinə daxil olmuşdur. Birinci kursu bitirdikdən sonra hərbi xidmətə çagrılmışdır. 1990-cı ildə N.A.Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialını fərqlənmə diplomu ilə bitirmişdir.
1995-ci ildə namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq kafedrasında baş müəllim kimi işləyib, 2018-ci ilin iyul ayindan Biznesin idarə edilməsi kafedrasında dosent vəzifəsində çalışır.
40-dan artıq elmi əsərlərin, fənn proqramlarının, metodiki və dərs vəsaitlərinin müəllifidir.
Bakalavr pilləsində: Marketinq, Marketinq tədqiqatları
MM-də: Tədbiqi marketinq tədqiqatları
Yerinə yetirdiyi tədris-metodiki vəsaitlər:
1.Marketinq tədqiqatları (bakalavr ) AzDİU, «İqtisad Universiteti» nəşriyyatı,(dos. L.A.Hacıyeva)
2.Tətbiqi marketinq tədqiqatları (magistr hazırlığı) AzDİU, «İqtisad Universi-teti» nəşriyyatı, (dos.L.A.Hacıyeva)