i.ü.f.d., müəllim. Rüstəmova Samirə Rasim qızı[email protected]
[email protected]
1978-ci il dekabrın 4-də Füzuli rayonunda anadan olmuşdur.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirərək Müəssisənin iqtisadiyyatıixtisası üzrə bakalavr dərəcəsi, 2007-ci ildə isə həmin ixtisas üzrə Magistratura pilləsini bitirərək magistr elmi dərəcəsi almışdır.
2013- cü ildə dissertanturaya daxil olmuş, 2018-ci ildə ݮƵ-in Dissertasiya Şurasında 5312.01- Sahə iqtisadiyyatı ixtisası üzrə Azərbaycanda turizm biznesin inkişaf problemləri mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru dərəcəsi almışdır.
2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyat kafedrasında laborant kimi əmək fəaliyyətinə başlamış, 2005-ci ildən Biznesin idarə edilməsi kafedrasında laborant, böyük laborant vəzifələrində çalışmışdır.
Hal-hazırda Biznesin təşkili və idarə edilməsi kafedrasının müəllimidir.
20-yə qədər Elmi əsərin müəllifidir.
Ailəlidir, 1 övladı var.