ݮƵ-in Karyera Mərkəzivə dünyanın aparıcı audit şirkətlərindən biri olan Ernst & Young Holdings (CIS) şirkətinin birlikdə təqdim etdiyi EY-la Tanışlıq layihəsi çərçivəsində ݮƵ tələbələri şirkətdə informasiya turunda olublar. Görüş zamanı tələbələrə şirkətin yaranma tarixi, strukturu, fəaliyyəti və göstərilən xidmətlər barədə ətraflı məlumat verilib.
Həmçinin İnsan Resursları Departamentinin nümayəndələri işə qəbul prosesi, şirkətdəki təcrübə proqramları və karyera imkanları mövzusunda geniş məlumat verərək, ݮƵ tələbələri üçün xüsusi test imtahanı da təşkil ediblər.
Görüşün sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. Bildirilib ki, bu layihə çərçivəsində gləcəkdə də şirkətlə əməkdaşlıq davam etdiriləcək.