Təhsil Nazirliyinin informasiya şöbəsinin təşəbbüsü ilə Bir- könüllü -tələbə proqramı, NAYORA ə ݮƵ-lə tərəfdaşlıqda Maarifçi QHT-lər ə gənclər təşkilatları universitetin Karyera Mərkəzində iqtisadi ə sosial inkişaf uğrunda Beynəlxalq Könüllülər Gününü qeyd etdilər. Tədbirin informasiya dəstəyi , ə tərəfindən həyata keçirilir.
Tədbirin açıq elan edən ݮƵ-in Karyera Mərkəzinin direktoru Azərbaycan Dövlət İqtisad Universiteti (ݮƵ) ə Karyera Mərkəzi haqqında məlumat verdi. Onun sözlərinə görə Azərbaycanda birinci İSO sertifikatı alan dövlət universiteti olan ݮƵ-in Karyera Mərkəzində tələbələrin məlumat bazaları hazırlanır, tələbələrin inkişafı üçün mexanizmlər işlənilir, gənclər üçün əmək yarmarkaları təşkil edilir, analitik qruplar yaradılır, biznes layihələri ə məsləhət xidmətləri göstərilir.
Təhsil Nazirliyinin informasiya şöbəsinin institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov Maarifçi QHT-lərlə nazirliyin Açıq Hökümətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planına uyğun olaraq keçirilən Maarifçi birliklərlə görüşlər Beynəlxalq könüllülər günü könüllülük fəlsəfəsindən, könüllülərin dövlət, QHT-lər ə özəl sektor tərəfindən dəstəklənməsinin vacibliyindən, BMT-nin Könüllüləri dəstəklə kampaniyası, könüllülərin insan potensialının inkişafına dəstək online kampaniyası haqqında məlumat verərək gəncləri elm, təhsil, ekologiya, səhiyyə, məşğulluq, sülh ə digər sahələrdə təşəbbüslər həyata keçirməyə, daha fəal olmağa ə məlumatları öz yaşıdları ilə bölüşməyi tövsiyyə etdi.
Daha sonra Təhsil Nazirliyinin Bir Tələbə könüllü proqramının nümayəndəsi Canoğlan İlyasov Tələbə könüllü proqramı haqqında təqdimatla çıxış etdi.
O öz çıxışında BİR Tələbə-Könüllü Proqramı Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü ilə tələbə-könüllülərin vahid məlumat bazasının yaradılması, könüllülük fəaliyyətinin sistemləşdirilməsi, könüllülük mədəniyyətinin formalaşdırılması, tələbə-könüllülərin dünya görüşünün genişləndirilməsi ə onların akademik təhsildən ayrılmadan, könüllü fəaliyyətə cəlb olunmaqla sosial aktivliyini artırmaq məqsədilə yarandığını söyləmişdir. Beynəlxalq Könüllülük günü ərəfəsində Azərbaycan Tələbə-Könüllülərin 1-ci Respublika Forumun ə BİR Tələbə-Könüllü Proqramının rəsmi açılışı haqqında məlumat verən C.İlyasov proqramın fundamental prinsiplərindən biri tələbə-özünüidarəetmə prinsipi olduğunu ə onun elektron bazası konullu.edu.az ilə görüş iştirakçılarını tanış etdi. Bu portal vasitəsilə tələbə-könüllülər qeydiyyatdan keçərək proqramın üzvü olurlar ə Könüllü Profilini yarada bilirlər. «Bir» Tələbə-Könüllü Proqramının rəsmi ünvanı vasitəsilə 6606 tələbə onlayn qeydiyyatdan keçmişdir.
İnformasiya görüşündə Azərbaycanda könüllülük hərəkəti: təcrübə ə imkanlar mövzusunda təqdimatla çıxış edən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının beynəlxalq əlaqələr üzrə katibi İlhamə Qasımzadə Azərbaycanda könüllülüyün tarixindən, yerli ə beynəlxalq könüllülük proqramlarından, Azərbaycan könüllülük xidməti ə Avropa könüllülük xidməti ə onların məqsədləri ə Avropa könüllülük xidmətinin saytı haqqında məlumat verdi. O, həmçinin bu proqramların fərdlərə ə gənclər təşkilatlarına yaratdığı imkanlara aid tövsiyyələr verdi.
Beynəlxalq Könüllülər Günündə Maarifçi QHT-lərin rəhbərlərinin ə alimlərinin Simurq Mədəniyyət Assosiasiyasının prezidenti , kulturoloq, professor Fuad Məmmədovun ə Tərəqqi ə demokratiya elmə dəstək ictimai birliyinin sədri, sosiologiya elmləri doktoru Əhməd Qəşəm oğlunun elmə ə təhsilə münasibət, kulturologiya, insan mədəniyyəti, mənəviyyat, fərdi istedadın inkişafı, təşəbbüskarlıq ə novatorluq, könüllülük ə digər məsələlərlə bağlı gənclər üçün maraqlı ə faydalı təqdimatları edildi.