ݮƵ

Macarıstan universitetinin nümayəndə heyəti ݮƵ-də

04 İYUL 2016 | VIEWS:

Macarıstanın Dunaujvaros Universitetinin (University of Dunaujvaros) nümayəndə heyəti Erasmus+ mübadilə proqramı çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetində (ݮƵ) səfərdə olublar.

Dunaujvaros  Universitetinin nümayəndə heyəti başda Beynəlxalq əlaqələr departamentinin rəhbəri xanım Katalin Gyöngyössy və rektor ofisinin rəhbəri xanım Zsuzsanna Fábiánné Fülöp, həmçinin prorektorun köməkçisi Mariann Kajtár-Szépes, Beynəlxalq əlaqələr üzrə koordinatorlar Edina Szilárdi, Dániel Árpád Kiss və Tiger Szabolcs ilə ݮƵ-in Beynəxalq əlaqələr departamentində görüşü zamanı mövcud və gələcək əməkdaşlıq üzrə danışıqlar aparılıb, birgə layihə və proqramların işlənib hazırlanması müzakirə olunub. ݮƵ-in infrastruktur və tədris prosesinin təşkili ilə tanış olan qonaqlar  məmnun qaldıqlarını bildirdilər və birgə əməkdaşlıq üçün bir çox inkişaf perspektivlərinin olmasını qeyd etdilər.

Üç gün davam edən səfər çərçivəsində qonaqlar ݮƵ-in Məzun gecəsində də iştirak 徱ə. Dunaujvaros Universitetin əməkdaşları tədbirin yüksək səviyyədə təşkil edildiyini və konsepsiyanı çox bəyəndiklərini bildiriblər.

Qeyd: Erasmus+ proqramı çərçivəsində ݮƵ-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Anar Rzayev may ayında Dunaujvaros Universitetində tələbələrə Geoiqtisadiyyat mövzusunda mühazirələr oxuyub. Həmçinin, aprel ayında Macar professorları Annamariya Sizer (Annamaria Csiszer) və Corc Aqoston (György Ágoston) SABAH tələbələrinə Əmək bazarı fənnini tədris 徱ə.