Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Maliyyə və mühasibat fakültəsiə Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Nə? Harada? Nə zaman? intellektual yarışı keçirilib.
Qruplar arasında keçirilən yarışda on altı komanda iştirak edib. Gərgin keçən intellektual yarışda 402-ci qrupun tələbələri qalib gəlib. 440-cı qrup II, 400-cü qrup isə III yerə layiq görülüb.
Qaliblərə diplom və Ali&Nino kitab mağazasından hədiyyə kuponu təqdim edilib. II və III yerin qalibləri isə diplomlarla təltif olunublar.