ݮƵ

“Marketinq-diskusiya klubunun növbəti seminarı keçirilib

08 APREL 2016 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (ݮƵ) Marketinq kafedrasının nəzdində fəaliyyət göstərən Marketinq-diskusiya klubunun növbəti seminarı keçirilib.

Seminarda Dəmir Bank-ın əməkdaşı Anar Bayramov Effektiv marketinq strategiyaları mövzusunda çıxış edib. A.Bayramov müasir dövrdə müəssisələrin geniş spektirli marketinq strategiyaları, müəssisə ilə bazarın qarşılıqlı əlaqəsinin qurulmasının səmərəli yolları, effektli fəaliyyətin əsas şərtləri barədə ətraflı məlumat çatdırıb.

Tələbələri maraqlandıran suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb.