15.02.2016-cı ildə ݮƵ-in 2 saylı tədris binasında Marketinq kafedrasının müdiri i.e.d., dos. T.İ.İmanovun Əmtəə bazarında marketinqin tətbiqi problemləri mövzusunda açıq dərsi təşkil olunub. Açıq dərsdə İnzibati və təşkilati məsələlər üzrə prorektor dos. Ş.Ə.Əsgərov, Kommersiya fakultəsinin dekanı, dos. M.M.Əhmədov və fakultə nəzdində fəaliyyət göstərən kafedra əməkdaşları iştirak edib.
İ.e.d., dos.T.İ.İmanov müasir dövrdə əmtəə bazarında mövcud olan marketinq problemlərindən ətraflı danışaraq, onların həlli istiqamətlərini də göstərib. Aktuallığı ilə səciyyələnən mövzu iştirakçılardan tərəfindən maraqla dinlənilib.