ݮƵ

s.f.d., dos. Mehriban Qəzənfər qızı Novruzova

e-mail: [email protected]

+(994) 012 492 59 03 (13-22)

*

1969-cu ildə Bakı şəhərində anadan olub.

1987-ci ildə BülBül adına orta ixtisas musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət İncəsənət Universitetinə qəbul olunub və 1992-ci ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin Sənətşünaslıq fakültəsinin Təsviri incəsənətin tarixi və nəzəriyyəsi ixtisasını fərqlənmə diplomu ilə bitirib.

2003-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim vəzifəsində çalışıb.

2004-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının ѱ𳾲ı və İncəsənət İnstitutunun dissertantura şöbəsinə qəbul olunub və XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı memarlığında dekorativ heykəltəraşlıq mövzusunda namizədlik dissertasiyası AMEA-nın Elmi və Koordinasiya şuralarında təsdiq olunub.

2007-ci ilin may ayında XIX əsrin sonu XX əsrin əvvəllərində Bakı memarlığında dekorativ heykəltəraşlıq mövzusunda dissertasiyasını müdafiə edib və Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 30 yanvar 2008-ci il tarixli (protokol №05) qərarı ilə Sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülüb.

2009-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını İncəsənət tarixi kafedrasına baş müəllim vəzifəsinə təyin edilib.

2010-ci ildən ADRA-nın İncəsənət tarixi kafedrasında dosent vəzifəsində çalışıb.

2012-ci ildə ADRA-nın Sənətşünaslıq fakültəsinin dekanı vəzifəsinə təyin edilib.

2015-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedarısına tam ştat vahidi dosent vəzifəsinə qəbul olunub.

*

2016-ci ildə Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasına 5 il müddətinə kafedra müdiri vəzifəsinə təyin edilmişdir.

2021-ci ildə Azərbaycan Dövlət Xoreoqrafiya Akademiyasında Sənətşünaslıq kafedrasının dosenti vəzifəsinə təyin edilmişdir.

2022-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn kafedrasında tam ştat dosent vəzifəsində çalışır.

60 çox elmi və tədris-metodiki əsərlər dərc etmişdir.

ܲı.

*

AKADEMİK PROFİLLƏR

*

TƏDQİQAT SAHƏLƏRİ

Dizayn (sahələr üzrə)

ѱ𳾲ı

Təsviri sənət