i.e.n. Məmmədov Anar Rauf oğlu1975-cü ildə anadan olmuşdur.
1982-1992-ci illərdə orta təhsil almışdır.
1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Qeyri-ərzaq malları əmtəəşünaslığı» ixtisasına daxil olmuş, 1997-ci ildə həmin ixtisası bitirmişdir.
1996-1998 – «Rossiyskiy kredit» BankındaFondlar şöbəsinin valyuta-maliyyə əməliyyatları üzrə mütəxəssis, Müxbir münasibətlər Şöbəsinin müdiri, Beynəlxalq Departamentinin rəis müavini;
1998 – HSBC The British Bank of the Middle EastdəXəzinə/Pulköçürmə Şöbəsinin mütəxəssisi;
1998-2000 – Avropa Birliyin TACIS ProqramındaTerra Consulting Ltd. (Finlandiya) və S.A. Sopex N.V. (Belcika) Şirkətlər Konsorsiumu tərəfindən maliyyələşdirilən Aqrobiznesə dəstək Regional pilot qrupları Layihəsinin Bank eksperti/Maliyyə analitiki;
2000 – Dünya Bankında«Kredit kooperativləri üçün prudensial normaların inkişafı» Layihəsinin Layihə Rəhbərinin İcraçı müavini;
2000-2004 – Azərbaycan Respublikasının Mərkəzi Bankında Planlaşdırma və Büdcə Şöbəsinin rəisi, daha sonra Beynəlxalq əlaqələr Departamentinin Direktor müavini;
2004-2005 – Avrasiya Fondunda (ABŞ) Nümayəndəliyin Özəl sektorunun inkişafı üzrə Rəhbəri;
2005 – Rusiya Federasiyasının Moskva şəhərində «SOYUZPROMKONTRAKT» Şirkətlər Qrupunda Maliyyə direktoru;
2005-2007 – Rusiya Federasiyasının Moskva şəhərində HUAWEI Technologies Şirkətində Layihə maliyyələşdirilməsi Departamentinin Baş Meneceri;
2007-2010 – «PAŞA BANK»da İdarə Heyətinin Sədr müavini;
2010-2011 – «NİKOYL» İnvestisiya Bankında İdarə Heyəti Sədrinin müşaviri;
2011-2012 – «United Credit bank»ında İdarə Heyətinin Sədr müavini;
2012-2014- «Bakery Operating Company»Əməliyyat Şirkətində Sədr müavini/Baş Maliyyə İnzibatçısı vəzifələrində işləmişdir.
2014-cü ildən fərdi konsaltinq ilə məşğuldur.
1999-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının Yanacaq-enerjı kompleksinin iqtisadiyyatı kafedrasına dissertant kimi daxil olub.
2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində dissertasiya işini müdafiə edərək 2003-cü ildə iqtisad elmləri namizədi elmi dərəcəsinə yiyələnmişdir.
2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Beynəlxalq İqtisadiyyat (ingilis dilli)» kafedrasının müəllimidir. Bir sıra elmi-praktik konfranslarda iştirak etmiş, məqalələri dərc edilmişdir.
*
Oxford Training. Risklərin idarə edilməsi və kontrollinq (Moskva, Rusiya, 2009)
«Huawei Technologies». Debitor borclarının idarə edilməsi və satışların maliyyələşdirilməsi (əܳəç). (Moskva/Daşkənd, 04/2006)
İsveçrə Mərkəzi Bankı. «Empirik maliyyədə müasir üsulları». Mərkəzi bank inzibatçıları üçün kursu. (Bern/Gerzensee, 03-04/2001)
Bank Akademiyası (ABTM) (Avropa Əmanət Bankları Konsorsiumu/TACIS), 2000 2001
Corvus International LLC (ABŞ), Rusiya Nümayəndəliyi
Kiçik və orta sahibkarlığın inkişafı üzrə Agentlik (Avropa Birliyi, TACIS)/ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID), 1999. «Kredit ərizələri, kredit proqramları və maliyyə menecment».
1999-2000-ci illər Böyük Britaniyanın The British Council, Kembric Universitetinin İmtahalar Sindikatı. Certificate of Proficiency in English İngilis dilinin peşəkar bilik səviyyəsini təsdiq edən Kembric Universitetinin diplomu.
Rumıniyalı tələbələr ݮƵ magistri olmaq istəyirlər(13.04.2018)
Poznan İqtisadiyyat və Biznes Universitetində ݮƵ müəllimlərinin pedaqoji potensialı yüksək qiymətləndirilib(12.05.2017)